[b]“Qəbələ” çempion oldu[/b]
25.03.2018 - 17:21
[b]“Qəbələ” çempion oldu[/b]

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 9 yaşadək futbolçular arasında Novruz turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şamaxı Olimpiya Kompleksinin meydançalarında baş tutan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparıb.

 

İki gün davam edən turnirin qalibi adını “Qəbələ” futbolçuları qazanıb. Anar Surxayevin baş məşqçisi olduğu komanda xal hesabında bütün rəqiblərini arxada qoyub.

 

“Sabah” 2-ci, “Vətən” 3-cü yeri tutub.

 

Klubun digər təmsilçisi “Qəbələ UGİM” yarışı 4-cü pillədə başa vurub.

 

Xatırladaq ki, martın 22-23-də U-12-lər arasında Novruz turnirində də “Qəbələ” qalib adına yiyələnmişdi.