[b]“Qəbələ” çöldə, Malone salonda[/b]
08.01.2018 - 00:32
[b]“Qəbələ” çöldə, Malone salonda[/b]

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub.

 

Yanvarın 5-dən qonşu ölkədə olan “qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.

 

Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı da meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.