[b]“Qəbələ” I divizion komandası ilə oynayacaq[/b]
08.01.2018 - 18:57
[b]“Qəbələ” I divizion komandası ilə oynayacaq[/b]

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar. Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır.

 

Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” I divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək. Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.