[b]“Qəbələ” ilə oyundakı nəticədən sonra narahat deyilik”[/b]
22.09.2015 - 13:50
[b]“Qəbələ” ilə oyundakı nəticədən sonra narahat deyilik”[/b]

“Qəbələ” ilə Azərbaycanda heç-heçə oynadıq. Bu nəticədən sonra narahat deyilik. Avropa Liqasına uğursuz başladığımızı deməzdim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri PAOK-un futbolçusu Stefanos Atanasiadis deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk görüşündə “Qəbələ” ilə Bakıda qolsuz heç-heçə edən PAOK ikinci görüşünü öz meydanında Dortmund “Borussiya”sına qarşı keçirəcək.

 

Yunanıstan mətbuatına açıqlamasında Atanasiadis komandasının AL-in qrupundakı şanslarını dəyərləndirib. O bildirib ki, PAOK-un məqsədi növbəti mərhələyə yüksəlməkdi: “Avropa Liqasında da iddialıyıq. Öz üzərimizdə çox çalışırıq. Məncə, yaxşı nəticə göstərə biləcəyik. Məqsədimiz qrupdan çıxmaqdı. Bunun asan olmadığını bilirik. Amma kim üzərində dayanmaq çalışırsa, o da istəyinə nail olur. Son oyunlarda 3-5-2 taktiki sxemi ilə oynadığımızı xüsusi qeyd etmək lazım deyil. Taktiki sxem futbolda o qədər də böyük rol oynamır”.

 

Qeyd edək ki, PAOK “Borussiya” ilə oktyabrın 1-də üz-üzə gələcək. Həmin tarixdə “Qəbələ” isə “Krasnodar”ın qonağı olacaq.