[b]“Qəbələ” ilə oyunöncəsi “Zirə”də kapitan şoku [/b]
24.10.2015 - 14:25
[b]“Qəbələ” ilə oyunöncəsi “Zirə”də kapitan şoku [/b]

Ölkə çempionatının debütantı “Zirə” IX tur çərçivəsində “Qəbələ”nin qonağı olacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, Bakıdakı hazırlığı başa çatdıran paytaxt təmsilçisi bu gün Qəbələyə yollanıb.

 

Adil Şükürovun yetirmələri matçın hazırlığını oyunun keçiriləcəyi Qəbələ şəhər stadionunda yekunlaşdıracaqlar.

 

“Zirə” güclü rəqiblə görüşə itkilərlə çıxacaq. Belə ki, Viktor İqbekoyi sarı vərəqə limitini doldurduğu üçün bu matçı buraxmalı olacaq. Ancaq qonaqların itkisi təkcə bununla bitmir. Komandanın kapitanı Rəşad Abdullayev də “Qəbələ”yə qarşı oynamayacaq. 34 yaşlı yarımmüdafiəçi sağlamlığı ilə bağlı problemlə üzləşdiyi üçün sabiq komandası ilə matçı buraxacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Zirə” qarşılaşması saat 17:00-da start götürəcək.