“Qəbələ”də daha 3 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yerli oyunçuları komandada saxlamağa nail olub.
Bunlar müdafiəçi Ürfan Abbasov və yarımmüdafiəçilər Elvin Camalovla kapitan Cavid Hüseynovdu. Klub rəhbərliyi müqavilə müddəti başa çatan adıçəkilən oyunçularla yeni saziş məsələsində razılığa gəlib. Həm Cavid, həm Elvin, həm də Ürfan yeni sözləşməyə razılıq verib. Onlar yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcəklər.
Əcnəbilərdən isə Filip Ozobiç böyük ehtimalla bölgə təmsilçisinə dönməyəcək. Əvəzində müqavilə müddəti başa çatan digər oyunçu Baqali Dabo ilə danışıqlara start verilib. Baş məşqçi Sənan Qurbanov bu gün toyu olan fransalı forvardın qalmasında maraqlıdı. Rəhbərlik Premyer Liqanın bombardirini komandada saxlamağa çalışır.
Qeyd edək ki, buna qədər Rauf Əliyevi heyətinə qatan, həmçinin Araz Abdullayev və Bəhlul Mustafazadəni qaytaran “Qəbələ” Dion Malon, Ruslan Qurbanov və Vitali Vernidubla yollarını ayırıb.