[b]“Qəbələ” Novruz turnirinin qalibi oldu[/b]
24.03.2018 - 13:30
[b]“Qəbələ” Novruz turnirinin qalibi oldu[/b]

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən I Novruz turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şamaxı Olimpiya Kompleksinin meydanlarında keçirilən turnirin ikinci günündə iki turun 4 qarşılaşması baş tutub.

 

II turda “Qəbələ” “Qəbələ UGİM”ə 4:0, “Vətən” “Sumqayıt İOEUGİM”ə 3:1 hesabı ilə qalib gəlib. Sonuncu turda “Vətən” “Qəbələ UGİM”i, “Qəbələ” isə sumqayıtlıları eyni – 2:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, 9 xal toplayan “Qəbələ” I Novruz turnirinin qalibi adına yiyələnib. 6 xal toplayan “Vətən” 2-ci olubsa, 3-cü yeri “Sumqayıt İOEUGİM” tutub. 1 xal toplayan “Gənclik şəhəri” təmsilçisi “Qəbələ UGİM”i top fərqində üstələyib.