“Qəbələ” Avstriya toplanışında baxışa çağırdığı Desmond Asare ilə bağlı yekun qərar verməyə tələsmir. Apasport.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisini iki yoxlama oyununda sınaqdan keçirən baş məşqçi Roman Qriqorçuk onun komandaya lazım olub-olmadığını müəyyənləşdirmək üçün bir az daha zamana ehtiyac duyub.
Bunu əməkdaşımızla söhbətində “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. Klub rəsmisi bildirib ki, qanalı futbolçu ilə bağlı qərar bir neçə gün sonra veriləcək.
Oyunçunun iyunun 19-da “Botev”lə keçirilməsi nəzərdə tutulmuş sınaq matçında da meydana çıxması gözlənilir. Yalnız bundan sonra Qriqorçuk öz rəyini açıqlayacaq.