Milli komandaların Avropa Çempionatı seçmə mərhələsi oyunları üçün Topaz Premyer Liqasına verilən fasilədən istifadə edən “Qəbələ” Ukraynada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu gün toplanış çərçivəsində hazırlıq oyununa çıxıb.
Əyalət klubunun rəqibi baş məşqçi Roman Qriqorçukun keçmiş komandası Odessanın “Çernomorets” klubu olub.
Təmsilçimiz bu oyunda milli komandaların düşərgəsində olan futbolçuların xidmətindən istifadə edə bilməyib. Əvəzində isə artıq komandanın düşərgəsinə qoşulmuş yeni transferlər ilk dəqiqələrdən meydanda olublar.
Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
6 sentyabr
Hazırlıq oyunu
“Çernomorets” – “Qəbələ” - 0:2
Qollar: Antonov, 11, Vernidub, 69
"Qəbələ": Bezotosnı, Ürfan Abbasov, Vernidub, Rafa Santos, Rikardinyo, Floresku, Qay, Pereyra, Cavadov, Dodo, Antonov
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA