[b]“Qəbələ” Rəşad Sadiqovla anlaşıb, 3 futbolçudan imtina etdi[/b]
26.12.2014 - 14:14
[b]“Qəbələ” Rəşad Sadiqovla anlaşıb, 3 futbolçudan imtina etdi[/b]

“Rəşad Sadiqovla bu gün 6 aylıq müqavilə imzaladıq. Hər şey bir günün içində oldu. Elnur Abdullayevlə Nurlan Novruzova gəlincə, onların “Qəbələ”yə keçəcəyi yanlış məlumatdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı deyib.

 

Klub rəsmisi söhbət əsnasında baş məşqçi Roman Qriqorçukun “Qəbələ”də görmək istəmədiyi futbolçuların adlarını da açıqlayıb: “Qriqorçuk 3 nəfərlə yolların ayrılmasını istəyir. Bunlar Andrei Kristea, Yazalde Pinto və Aleksandru Benqadı. Onlar Antalyadakı təlim-məşq toplanışına qatılmayacaqlar. Hər üçünün klubla müqaviləsi qalsa da, qarşılıqlı razılıq əsasında ləğv etməyə çalışacağıq”.