“Danışıqlar davam edir. Baş məşqçi postuna kimin keçəcəyi hələ bilinmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.
Dorinel Muntyanunun istefaya göndərilməsindən sonra baş məşqçi axtarışına çıxdıqlarını deyən “Qəbələ” rəsmisinin sözlərinə görə, artıq bəzi namizədlər var: “Təbii ki, baş məşqçisiz qalası deyilik. Amma indidən ad çəkmək istəmirik. Sadəcə onu deyə bilərəm ki, namizədlər arasında 2-3 nəfəri daha realdı. Onların cavabını gözləyirik. İlin sonuna qədər baş məşqçi məsələsini həll etmək istəyirik. Çünki transferlər olmalıdı, üstəlik, qarşıdan təlim-məşq toplanışı gəlir. Əgər dediyim 2-3 nəfərdən müsbət cavab gəlsə, işimiz yaxşı olacaq. Yox əgər cavab gəlməsə, iş çətinləşəcək. Çünki məcburən başqa məşqçilərlə danışığa başlamalı olacağıq ki, bu da əlavə vaxt alacaq”.
Qeyd edək ki, Muntyanunun istefasından sonra “Qəbələ”nin baş məşqçi postu 3 oyunluq köməkçi-məşqçi Sənan Qurbanova tapşırılıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı