[b]“Qəbələ” rəsmisi: Nazarov istədiyi pula güclü əcnəbi almaq olar[/b]
25.12.2014 - 12:45
[b]“Qəbələ” rəsmisi: Nazarov istədiyi pula güclü əcnəbi almaq olar[/b]

“Dmitri Nazarov bizə indi yox, iki ay əvvəl təklif edilmişdi. Lakin həmin vaxt razılaşa bilməmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.

 

Almaniyanın “Karlsrue” klubunda çıxış edən Dmitri Nazarovun adı son vaxtlar “Qəbələ” ilə birgə hallanır. Səfiyarlı da bu keçidin baş tutacağını istisna etməyib. Lakin bir şərtlə: “Nazarov həmin vaxt bizdən çox pul istəmişdi. Azərbaycan vətəndaşlığı olduğundan qiymətini qaldırmışdı. Bu isə klubun prinsiplərinə ziddi. O pula güclü bir əcnəbi futbolçu almaq olar. Əgər Nazarov bizim şərtlərlə razılaşsa, o zaman onu transfer edə bilərik”.

 

Qeyd edək ki, Dmitri Nazarov Azərbaycan yığmasındakı baxımlı oyunu ilə azarkeşlərin rəğbətini qazanıb.