Dorinel Muntyanunun istefaya göndərilməsindən sonra baş məşqçi axtarışına çıxan “Qəbələ” ukraynalı mütəxəssislə anlaşmaq üzrədi. Apasport.az saytının xəbərinə görə, əyalət təmsilçisi ukraynalı çalışdırıcı Roman Qriqorçukla müqavilə bağlamağa hazırlaşır.
Onunla yaxın günlərdə il yarımlıq anlaşma əldə olunacaq.
41 yaşlı mütəxəssis karyerasına 1998-ci ildən başlayıb. 7 il Latviyada "Dinaburq"a başçılıq edən Qriqorçuk daha sonra 4 il ərzində bu ölkənin digər klubunu - "Ventspils"i çalışdırıb. 2009-cu ildə vətəninə qayıdan mütəxəssis Zaporojye "Metallurq"unda işləyib. 2010-cu ildən etibarən isə Odessa "Çernomorets"ində vəzifədədi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı