[b]“Qəbələ” rumıniyalı futbolçu ilə yollarını ayırdı[/b]
18.08.2014 - 11:20
[b]“Qəbələ” rumıniyalı futbolçu ilə yollarını ayırdı[/b]

“Qəbələ” rumıniyalı futbolçusu Kristian Pulhakla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı müdafiəçinin özü açıqlayıb.

 

2013-cü ildə transfer olunan legioner Rumıniya mətbuatına açıqlamasında Azərbaycan karyerasının başa çatdığını bildirib: “Qəbələ” ilə müqaviləm bu ilin dekabrında başa çatacaqdı. Lakin mən müqavilənin pozulmasına və vətənə qayıtmağa üstünlük verdim. Belə daha yaxşıdır. Hazırda bir neçə təklif almışam. Onları götür-qoy edirəm. “Dinamo”ya qayıdışıma gəlincə, indi orada hər şey fərqlidir”.

 

Qeyd edək ki, 2013-cü ilin yanvarında “Qəbələ”yə transfer olunan Pulhak “qırmızı-qaralar”la 2 illik müqavilə imzalamışdı.