[b]“Qəbələ” Rusiya klubu ilə qarşılaşacaq[/b]
11.06.2017 - 14:10
[b]“Qəbələ” Rusiya klubu ilə qarşılaşacaq[/b]

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində pley-off mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizədə ilk oyununu keçirib.

 

“Qırmızı-qaralar” Rusiyanın “Yunost” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Rakif Əliyevin baş məşqçisi olduğu U-14 matçın 6-cı dəqiqəsində hesabı açıb. Təmsilçilərimizin heyətində Vüsal Mirzəzadə fərqlənib. Lakin “Qəbələ” üstünlüyünü qoruya bilməyib. Şimallılar ilk yarıda üç, fasilədən sonra daha iki qol vuraraq 5:1 hesablı qələbə qazanıb.

 

Beləliklə, “qırmızı-qaralar” 7-ci yer uğrunda matçda mübarizə aparacaq. Komanda bu gün keçiriləcək görüşdə Rusiya təmsilçisi “Ramzan”la qarşılaşacaq.

0