[b]“Qəbələ” Serbiyadan məğlub qayıdır[/b] - YENİLƏNİB
17.07.2015 - 00:26
[b]“Qəbələ” Serbiyadan məğlub qayıdır[/b] - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi səfərdə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşıb.

 

Təmsilçimiz səfərə sərfəli nəticə qazanmaq ümidi yollansa da, minimal hesablı məğlubiyyətə uğrayıb.

 

Matçın yeganə qolunu Stoylkoviç 53-cü dəqiqədə penalti zərbəsindən vurub.

 

"Qəbələ"nin bütün cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayıb və Roman Qriqorçukun yetirmələri səfərdən minimal hesablı məğlubiyyətlə dönür.

 

Avropa Liqası

II təsnifat mərhələsi

İlk oyun

 

“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan) - 1:0

Qol: Stoylkoviç, 53 (pen.)

 

Hakimlər: Radu Petresku, Ovidiu Artene, Vladimir Urzixa, Marsel Birsan (hamısı Rumıniya) 

Belqrad. “Çukariçki” stadionu

 

“Çukariçki”: 12. Nemanya Stevanoviç, 22. Filip Stoykoviç, 23. Boyan Ostoyiç, 4. Lukas Pyasentin, 31. Rayko Brejançiç, 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Boyiç, 9.Stoylkoviç, 14. Slavolyub Srniç, 11. Andriya Pavloviç

Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Ranceloviç, 20. Reqan Obeng, 25. Deyan Bolyeviç, 7. Stanişa Mandiç, 19. Saşa Yovanoviç, 30. Nenad Mirosavlyeviç

Baş məşqçi: Vladan Miloyeviç

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 15. Vitali Vernidub, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 5. Georgi Floresku, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov, 10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk