[b]“Qəbələ” Superliqa klubu ilə yoxlama oyunu keçirəcək[/b]
02.01.2015 - 15:52
[b]“Qəbələ” Superliqa klubu ilə yoxlama oyunu keçirəcək[/b]

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib. Apasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaqlar. Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.

 

Bunadək “Qəbələ”nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcəklər. Ayın 17-də 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.

 

“Qəbələ” bundan əlavə yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.