Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu oyun tərəflər arasında milli çempionatlar çərçivəsində 8-ci qarşılaşma olacaq.
Geridə qalan 7 oyunun 3-də “qırmızı-qaralar”, 2-də isə “Zirə” qələbə qazanıb. Daha iki oyunda isə qalib müəyyənləşməyib.
İki komandanın vurduğu və buraxdığı top fərqi 9:5 “Qəbələ”nin xeyrinədi.
Tərəflər arasındakı son 4 Premyer Liqa oyununda paytaxt təmsilçisi qələbəyə həsrət qalıb. Son 5 görüşdə isə əyalət təmsilçisi meydanı qol vurmadan tərk etməyib.
Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı aprelin 2-də keçiriləcək.