Sabah Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Püşkatmada növbəti mərhələnin 29 cütü müəyyənləşəcək. Bunun üçün mübarizəyə birbaşa qoşulacaq 25 klub, həmçinin 66 komandanın təşkil etdiyi 33 cütün nəzərləri Nyona yönələcək.
Püşkə bağlı olan 91 iştirakçı arasında Azərbaycanın iki klubu da yer alıb. Topaz Premyer Liqasının son mövsümünün mükafatçıları “İnter”lə “Qəbələ” potensial rəqibinin adını sabah biləcək.
Amma hər iki təmsilçimizin yer aldığı cüt püşk zamanı səpələnməmişlər arasında olacaq. Bu isə onların güclü rəqiblə qarşılaşmaq ehtimalı ilə üz-üzə qoyur. Çünki səpələnmişlərin səbətində Dortmund “Borussiya”sı, İspaniya “Atletik”, İtaliya “Sampdoriya”, İngiltərə “Sauthempton”u kimi güclü rəqiblər də var. Ümumilikdə isə klublarımız mübarizəyə birbaşa qatılacaq 17 komanda və ya 12 cütlüyün qalibi ilə üz-üzə gələ bilər.
Səpələnmişlər
“Borussiya” (Dortmund, Almaniya)
“Rubin” (Rusiya)
“Atletik” (İspaniya)
“Alkmaar” (Hollandiya)
"Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels) cütünün qalibi
"Lokomotiva" (Xorvatiya) - PAOK (Yunanıstan) cütünün qalibi
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) cütünün qalibi
“Standard” (Belçika)
"Legiya" (Polşa) - "Botoşani" (Rumıniya) cütünün qalibi
“Bordo” (Fransa)
“Sampdoriya” (İtaliya)
“Vitoriya” (Portuqaliya)
“Sent-Etyenn” (Fransa)
“Sürix” (İsveçrə)
“Slovan” (Çexiya)
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta) cütünün qalibi
“Sauthempton” (İngiltərə)
“Krasnodar” (Rusiya)
"Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi
“Belenenseş” (Portuqaliya)
"Reykyavik" (İslandiya) - "Rusenburq" (Norveç) cütünün qalibi
"Randers" (Danimarka) - "Elfsborq" (İsveç) cütünün qalibi
"Koper" (Sloveniya) - Hayduk" (Xorvatiya) cütünün qalibi
“Vorskla” (Ukrayna)
“Atromitos” (Yunanıstan)
“Zarya” (Ukrayna)
"Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) cütünün qalibi
"Apollon" (Kipr) - "Trakai" (Litva) cütünün qalibi
"Hapoel" (Beer-Şeva, İsrail) - "Tyun" (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
“Vitess” (Hollandiya)
“Yablonets” (Çexiya)
“Şturm” (Avstriya)
AEK (Kipr)
“Hapoel” (Kiryat-Şmona, İsrail)
“Başakspor” (Türkiyə)
“Tırqu Mureş” (Rumıniya)
“Altax” (Avstriya)
"İnverness" (Şotlandiya) - "Astra" (Rumıniya) cütünün qalibi
"Çerno More" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
"Mlada Boleslav" (Çexiya) - "Stromsqodset" (Norveç) cütünün qalibi
AİK (İsveç) - "Şirak" (Ermənistan) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan) cütünün qalibi
“Yelqava" (Latviya) - "Rabotniçki" (Makedoniya) cütünün qalibi
"Skonto" (Latviya) - "Debretsen" (Macarıstan) cütünün qalibi
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya) cütünün qalibi
"Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Beroe Star" (Bolqarıstan) - "Brondbü" (Danimarka) cütünün qalibi
"Kukesi" (Albaniya) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Şarlerua" (Belçika) - "Beytar" (İsrail) cütünün qalibi
"Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Kollec" (İrlandiya) cütünün qalibi
"Çukariçki" (Serbiya) - "QƏBƏLƏ" (AZƏRBAYCAN) cütünün qalibi
"Ferensvaroş" (Macarıstan) - "Jelezniçar" (Bosniya və Herseqovina) cütünün qalibi
"Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - "Odd Qrenland" (Norveç cütünün qalibi)
"Hafnarfyordur" (İslandiya) - "İNTER" (AZƏRBAYCAN) cütünün qalibi
"Daçiya" (Moldova) - "Jilina" (Slovakiya) cütünün qalibi
"Slask" (Polşa) - "Höteborq" (İsveç) cütünün qalibi
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq