[b]“Qəbələ”də gözlənilən ayrılıq rəsmiləşdi[/b]
04.01.2018 - 20:52
[b]“Qəbələ”də gözlənilən ayrılıq rəsmiləşdi[/b]

“Qəbələ” Endi Hallideylə yollarını ayırıb. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

 

2017-ci yayından “qırmızı-qaralar”ın heyətində çıxış edən legioner 2017-2018-ci illər mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub.

 

Qeyd edək ki, Endi “Qəbələ” formasında çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.