Azərbaycan Premyer Liqasının XVIII turunda üç futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, onlardan biri qırmızı, ikisi sarı vərəqə üzündən növbəti matçı buraxmalı olacaq.
Ən böyük itki ilə “Qəbələ” üzləşib. Əyalət komandası Vojislav Stankoviçlə Yusif Nəbiyevin xidmətindən məhrum olub. Sonuncu “Neftçi” ilə görüşdə meydandan qovulubsa, serbiyalı mövsümdə 4-cü sarı vərəqəsini alıb. Onların hər ikisi “Kəpəz”lə səfər qarşılaşmasında istirahət edəcək.
Gəncə klubu ilə görüşdə sarı vərəqə alan Maudo Jarjue isə “Səbail”in yeganə itkisidi. O, “Sumqayıt”la matçda oynaya bilməyəcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq