[b]“Qəbələ”də malili futbolçu[/b]
10.01.2015 - 17:26
“Qəbələ”nin düşərgəsinə yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, Antalyada hazırlıq keçən əyalət təmsilçisi malili hücumçu Ulisse Diallonu baxışa dəvət edib.
Vətənində “Əl-Sahel” (2011-2013), Macarıstanda “Ferentsvaroş” (2013-2014) və Portuqaliyada “Aruoka” (2014) klublarının şərəfini qoruyan 182 sm boya malik futbolçu Roman Qriqorçukun etimadını qazanacağı halda komandada qalacaq.
23 yaşlı Diallo bu gün Hollandiyanın PSV klubu ilə keçiriləcək yoxlama matçında ilk “11-lik”də də yer alıb.
0
0