[b]“Qəbələ”də məşqçi dəyişikliyi[/b]
13.01.2016 - 15:07
[b]“Qəbələ”də məşqçi dəyişikliyi[/b]

"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb.

 

Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. O, əvvəllər də əsas komandada fəaliyyət göstərmişdi. Çalışdırıcı Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

 

"Qəbələ" İdman Klubu Andrey Qluşenkoya komandadakı fəaliyyətinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar diləyir.