AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının komandaları da bu oyunlarda qüvvələrini sınayıblar.
U-19 Gənclər Liqasına qələbə ilə başlayıb. Komanda “Neftçi” İK İB üzərində səfər qələbəsinə sevinib – 3:0. “Qəbələ” U-17 Liqasında növbəti uğurunu əldə edib. “Qırmızı-qaralar” “Səbail”lə səfər matçında 3 xal qazanıb – 4:3. 3 turdan sonra 7 xala malik komanda 4-cü yerdə qərarlaşıb.
U-15 isə mövsümə bərabərliklə başlayıb. “Qırmızı-qaralar” evdə “Vətən”lə görüşdə 1 xalı 1 qolla qazanıb – 1:1. Paytaxt regionunun Bakıdakı oyunlarında çıxış edən U-14 və U-13 də ilk oyunlarını keçirib. 14 yaşadək futbolçular “Qarabağ”ı 3:0, U-13 isə “Vətən” RİOEUGFM komandasını 4:1 hesabı ilə məğlub edib.
U-12, U-11 və U-10 Liqalarında çıxış edən komandalar Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında II turun görüşlərinə çıxıb. 12 yaşadək futbolçuların yarışında “Qəbələ” Yevlax UGİM-ini 5:0, UGİM isə Yevlax “UGİM Rabitəçi”sini 1:0 hesabı ilə yenib. İkinci qələbəsini qazanan “Qəbələ” liderdisə, UGİM-in 3 xalı var.
U-11 Liqasında “Qəbələ” Yevlax UGİM-ini 9:0, UGİM isə Yevlax “UGİM Rabitəçi”sini 5:2 hesabı ilə üstələyib. Liderliyi ələ alan “Qəbələ” 6 xala malikdirsə, digər komanda 3 xal qazanıb.
“Qəbələ”nin U-10 komandası Yevlax UGİM-ini 15:0 hesabı ilə məğlub edib. UGİM isə “UGİM Rabitəçi” (Yevlax) ilə oyunda uduzub - 1:5. Bir oyun keçirən “Qəbələ” və 2 oyuna çıxan UGİM-in hərəsi 3 xal toplayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”