[b]“Qəbələ”dən iki rekord[/b]
04.05.2018 - 12:03
[b]“Qəbələ”dən iki rekord[/b]

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil etmək hüququ qazanan “Qəbələ” rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” U-19-ların qitə miqyaslı klub turnirində 2-ci dəfə çıxış edəcək ilk Azərbaycan klubu olacaq.

 

2016/07 mövsümündə də bu turnirdə iştirak edən “Qəbələ”dən başqa heç bir komandamız buna 2 dəfə nail olmayıb. Avropadakı ilk təmsilçimiz “Rəvan” 2015/16, Çempionlar Liqası yolundakı yeganə komandamız “Qarabağ” 2017/18 mövsümündə avrokubokda qüvvəsini sınayıb.

 

“Qəbələ” həm də U-19-ların yarışlarındakı çempionluq sayında öz rekordunu yeniləyib. 2012/13 və 2015/16 mövsümlərində qızıl medal qazanan əyalət klubu 1 dəfədən artıq çempionluq yaşayan yeganə komandadı. Hərəyə bir uğuru olan “Bakı”, “Rəvan”, “Qarabağ” “üçlüy”ündən sonuncusu başa çatan yarışı zirvədə tamamlasaydı, “Qəbələ”yə çatacaqdı.

 

U-19/Gənclər Liqasının qalibləri

mövsüm

çempion

2012/13

Qəbələ

2013/14

Bakı

2014/15

Rəvan*

2015/16

Qəbələ*

2016/17

Qarabağ*

2017/18

Qəbələ*

* - növbəti mövsümdə UEFA Gənclər Liqasında oynamaq hüququ qazananlar