[b]“Qəbələ”dən toplu çalışma[/b]
09.01.2018 - 22:35
[b]“Qəbələ”dən toplu çalışma[/b]

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci günündə 1 hazırlıqla kifayətləniblər.

 

Komanda axşam məşqində meydana çıxıb. Roman Qriqorçukun yetirmələrinin bugünkü məşqi əsasən toplu çalışmalardan ibarət olub.

 

Futbolçular müxtəlif məsafələrdən qapıya zərbələr endiriblər.