[b]“Qəbələ”nin 11 potensial rəqibi müəyyənləşdi[/b]
12.05.2016 - 10:01
[b]“Qəbələ”nin 11 potensial rəqibi müəyyənləşdi[/b]

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin potensial rəqiblərindən 11-i bəllidi. Apasport.az saytının məlumatına görə, yarışa “Çempionlar yolu”nun I mərhələsindən başlayacaq əyalət klubunun U-19 komandası “Malaqa” (İspaniya), “Anderlext” (Belçika) və “Mançester Siti” (İngiltərə) kimi rəqiblərlə görüşə bilər.

 

Belə ki, bu komandalar da öz ölkələrini “Çempionlar yolu”nda təmsil edəcək. “Dinamo” (Moskva, Rusiya), APOEL (Kipr), “Makkabi” (Hayfa, İsrail), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Rusenborq” (Norveç), “Nitra” (Slovakiya) və “Kayrat” (Qazaxıstan” da yarışa 1-ci mərhələdən başlayacaq. Onlar da “Qəbələ” üçün mümkün rəqib sayılır.

 

Qeyd edək ki, “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanan 12 klubdan hansınınsa əsas komandası Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsə, onu ölkəsinin digər təmsilçisi əvəz edəcək.

0