“Qəbələ”nin yarımmüdafiəçisi Sergey Zenyov Estoniya yığmasının heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, estonlar AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində son oyunlarını İsveçrəyə qarşı keçiriblər.
E qrupu çərçivəsində Tallində baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol isə 90+4-cü dəqiqədə vurulub və Raqnar Klavan avtoqol müəllifi olub. Start heyətində meydançaya daxil olan Zenyov 61 dəqiqə mübarizə aparıb. Məhz həmin dəqiqədə onu komanda yoldaşı Ats Purxe əvəzləyib.
Qeyd edək ki, Estoniya yığması 10 xalla E qrupunu 4-cü pillədə tamamlayıb. Bu qrupda İngiltərə və İsveçrə final mərhələsinə, Sloveniya isə pley-offa vəsiqə qazanıb.