Qış fasiləsindən sonra ölkə çempionatında keçirdiyi 3 oyunda 6 xal qazanan “Qəbələ” 2 günlük istirahətə son qoyub. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Rəvan”la keçirəcəkləri oyunun hazırlığına start veriblər.
Ardıcıl 2 qələbədən sonra Roman Qriqorçukun komandasında psixoloji vəziyyət müsbətə doğru dəyişib. Şimal təmsilçisi bazar günü keçiriləcək matçdan da qələbə ilə ayrılmağı hədəfləyib.
Yalnız bir məqam Qriqorçuku məyus edir. Söhbət komandanın kapitanı Luis Hilario Dodonun zədəsindən gedir. Bu səbəbdən ötən tur “Sumqayıt”la matçda iştirak etməyən braziliyalı yarımmüdafiəçinin vəziyyəti eyni olaraq qalır.
Həkimlər Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçən Dodonun zədəsinin tam sağalmadığını bildiriblər. Bu xəbər məşqçilər korpusunu məyus edib. Həkimlərin tapşırığına əsasən, məşqlərə qatıla bilməyən 29 yaşlı “sambaçı” “Rəvan”la görüşdə də komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi oyunlarda “Kəpəz”ə məğlub olub (0:3), “İnter” və “Sumqayıt”a isə eyni hesabla (1:0) qalib gəlib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”