[b]“Qəbələ”nin rəqibi “Rubin”i məğlub etdi[/b]
26.10.2015 - 09:28
[b]“Qəbələ”nin rəqibi “Rubin”i məğlub etdi[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar” Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Oleq Kononovun komandası XIII turda “Rubin”i qəbul edib.

 

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Krasnodar”ın heyətində braziliyalı hücumçu Ari dubla (17, 24) imza atıbsa, Kazan təmsilçisinin heyətində yeganə qolun müəllifi Maksim Kanunnikov (21) olub. Ev sahiblərinin hücumçusu Rikardo Laborde 90+5-ci dəqiqədə qırmızı vərəqə alıb. Bu qələbə sayəsində “Krasnodar” xallarının sayını 18-ə çatdırıb və turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

 

“Krasnodar” “Rubin” önünə bu heyətlə çıxıb: Andrey Dikan, Stefan Strandberq, Andreas Qranqvist, Vitali Kaleşin (Nikolay Markov, 71), Sergey Petrov, Odil Əhmədov, Pavel Mamayev, Çarles Kabore, Fyodor Smolov (Dmitri Torbinski, 62), Vanderson (Rikardo Laborde, 64), Ari.

 

Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasının XIV turunda (1 noyabr) “Krılya Sovetov”un qonağı olacaq.

0