[b]“Qəbələ”nin rəqibi III Bundesliqa komandasına qalib gələ bilmədi[/b]
13.10.2015 - 10:03
[b]“Qəbələ”nin rəqibi III Bundesliqa komandasına qalib gələ bilmədi[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı yoxlama görüşü keçirib. Yığmaların seçmə mərhələ oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Bundesliqa təmsilçisi III liqa komandası “Maqdeburq”la üz-üzə gəlib.

 

Oyunda hesabı “Maqdeburq” açsa da, Mitsuru Maruka (33) və Adnan Yanuzay (34) iki dəqiqə ərzində hərəyə bir dəfə fərqlənərək “Borussiya”nı önə keçiriblər. Lakin 72-ci dəqiqədə III Bundesliqa komandası status-kvonu bərpa edib və görüş 2:2 hesabı ilə başa çatıb.

 

“Borussiya”nın baş məşqçisi Tomas Tuçel oyunda bu futbolçulara şans verib: Roman Vaydenfeller (Hendrik Bonmann, 46), Neven Subotiç, Kristof Zimmermann (Till Şumaxer, 68), Patrik Frits, Conas Hofmann (David Suerland, 81), Sven Bender, Qonzalo Kastro, Niko Knistok (Yakob Brun Larsen, 46), Mitsuru Maruka (Yanni-Luka Serra, 61), Adnan Yanuzay (Junior Flores, 81), Adrian Ramos.

 

Qeyd edək ki, “Borussiya” Avropa Liqasında növbəti oyununu oktyabrın 22-də Bakıda “Qəbələ”yə qarşı keçirəcək.