“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar” aparıcı futbolçularından olan Ari ilə yollarını ayırmaq üzrədi. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, braziliyalı forvard rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.
Bunu oyunçunun meneceri Oliver Kabrera da təsdiqləyib. O bildirib ki, Arinin anlaşması iyunun 30-na qədər olsa da, futbolçu hələ yeni sazişə qol çəkməyib. 29 yaşlı oyunçu karyerasını Rusiyada davam etdirməkdə maraqlıdı. Lakin o, daha güclü komandalardan birinə keçmək istıyir. Rusiyalı xanımla ailə həyatı quran Arinin məqsədi Rusiya vətəndaşlığı almaq və Premyer Liqada yerli statusunda çıxış etməkdi.
Qeyd edək ki, Ari “Krasnodar”a 2013-cü ildə Moskva “Spartak”ından keçib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı