“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Serbiya “Çukariçki”si heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Superliqanın bürünc mükafatçısı 4 yeni futbolçunun transferini rəsmiləşdirib.
“Çukariçki” qapıçı Nikola Petriç, yarımmüdafiəçilər Saşa Yovanoviç, Branislav Yankoviç və müdafiəçi Marko Ranceloviçi heyətinə qatıb.
Nikola “Borats”, Saşa “Bezanije”, Marko “Qrbalj”dan transfer olunub. Marko isə Bolqarıstan “Lokomotiv”indən (Sofiya) gəlib.
Lakin “Çukariçki” bu oyunçuların hamısını “Qəbələ” ilə qarşılaşma üçün sifariş edə bilməyib. Belə ki, onlardan yalnız biri – Ranceloviç II təsnifat mərhələsində çıxış edə bilər.