[b]“Qəbələ”nin sabiq baş məşqçisi Halka qarşı çıxdı[/b]
02.12.2014 - 11:36
[b]“Qəbələ”nin sabiq baş məşqçisi Halka qarşı çıxdı[/b]

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın “Mordoviya” klubunu çalışdıran Yuri Syomin irqçiliklə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 67 yaşlı çalışdırıcı ölkəsində rasizmin mümkün olmadığını deyib.

 

 “Mordoviya” – “Zenit” matçından (1:0) sonra qonaqların braziliyalı futbolçusu Halk oyunun baş hakimi Aleksey Matyuninin qaradərili futbolçulara qarşı antipatiya bəslədiyini vurğulayıb. Məhz bu fikrə münasibət bildirən Syomin həmyerlisinə dəstək olub: “Çoxdandı bu məsələyə diqqətlə fikir verirəm. Ağdərili futbolçunun hakim və ya digər şəxslə mübahisəsi o qədər də gözə çarpmır. Əgər insident qaradərili futbolçu ilə düşürsə, dərhal buna irqçilik adı qoyurlar. Rusiyada qədim zamanlardan belə, rasizm olmayıb. Dinindən və dərisinin rəngindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinə xoş münasibət göstərilib”.