“Qəbələ”nin sabiq futbolçusu və hazırda “Mordoviya”da forma geyinən Lorenso Ebesilio zədəsini bərpa edib. Apasport.az saytının məlumatına görə, bu haqda komandanın baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis bildirib ki, 23 yaşlı oyunçu komanda ilə birgə yanvarın sonlarında ümumi qrupda məşqlərə başlayacaq: “Həkimlərin dediyinə görə, Ebesilio yanvarın sonlarında ümumi qrupda məşqə çıxacaq. Lakin onun nə vaxt hazır olmasını gözləmək lazımdı. Çünki Lorensonun zədəsi çox ciddi idi”.
Qeyd edək ki, ötən mövsüm “Qəbələ”də çıxış edən hollandiyalı yarımmüdafiəçi yayda “Mordoviya”ya keçib. Lakin o, Rusiya klubunda yalnız 1 oyunda meydana çıxmağı bacarıb. Baldırı sınan Ebesilio uzun müddətdi yaşıl meydanlardan uzaqdı.