[b]“Qəbələ”nin siftəsi, Azərbaycanın nəhsi [/b]
22.07.2016 - 01:04
[b]“Qəbələ”nin siftəsi, Azərbaycanın nəhsi [/b]

“Qəbələ” avrokuboklarda ilk ikiqat qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Avropa Liqasının II təsnifat mərhələsinin MTK ilə hər iki qarşılaşmasında qalib gəlib.

 

Macarıstanda 2:1 hesablı qələbəyə sevinən təmsilçimiz Bakıda da rəqibindən güclü olub – 2:0. Bunadək heç vaxt avrokubokdakı rəqibinə hər iki görüşdə qalib gəlməyən “Qəbələ” klub tarixində ilki gerçəkləşdirib.

 

Azərbaycan futbolu tarixində isə 13-cü dəfə klubumuz hər iki oyunda qələbəyə sevinib. Bunların birində texniki nəticənin də rolu olub.

 

Ümumilikdə isə “Qarabağ” hamıdan çox – 7 belə uğur əldə edib. “İnter” 3, “Neftçi”, “Karvan” və “Qəbələ” isə bir rəqibinə şans vermədən qalib gəlib.

 

Klublarımızın hər iki oyunda qalib gəldiyi duellər

 

2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2

2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1

2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0

2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2

2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3

2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3

2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2

2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1

2013/14. “Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0

2014/15. “Tiraspol” (Moldova) – “İnter” – 2:3, 1:3

2014/15. “Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4

2015/16. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” – 0:1, 0:3

2016/14. MTK (Macarıstan) – “Qəbələ” – 1:2, 0:2

 

0