[b]“Qəbələ”nin start heyəti açıqlandı[/b]
16.07.2015 - 11:02
[b]“Qəbələ”nin start heyəti açıqlandı[/b]

Serbiya mətbuatı Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq “Çukariçki” – “Qəbələ” matçının təxmini heyətlərini yazıb. Apasport.az saytı xəbər verir ki, serblərin zurnal.rs saytı həm ev sahiblərinin, həm də qonaqların ehtimal “11-liy”ini müəyyənləşdirib.

 

Həmkarlarımızın yazdığına görə, “Qəbələ” oyuna bu heyətlə çıxacaq: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Rikardinyo, Rəşad Sadiqov, Georgi Floresku, Sergey Zenyov, Aleksey Qay, Cavid Hüseynov, Aleksey Antonov

 

Serbiya mətbuatı “Çukariçki”nin isə “11-liy”inin belə olacağını yazır: Stevanoviç, Stoykoviç, Ostoyiç, Pyasentin, Brejançiç, D. Srniç, B. Yankoviç, Boyiç, Matiç, S. Srniç, Pavloviç

 

Qeyd edək ki, Belqrad şəhərində keçiriləcək “Çukariçki” – “Qəbələ matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.