[b]“Qəbələ”nin Gürcüstan səfəri başa çatdı[/b]
02.06.2017 - 00:01
[b]“Qəbələ”nin Gürcüstan səfəri başa çatdı[/b]

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası turnirin son günündə 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb.

 

“Qırmızı-qaralar” “Qarabağ”la qarşılaşıb. Cuma Hüseynovun qol sevinci yaşadığı görüşdə Ağdam təmsilçisi qalib gəlib – 3:1.

 

Beləliklə, “Qəbələ”nin U-11 komandası turniri 6-cı pillədə başa vurub.

 

Yarışın qalibi isə “Dinamo” – “Saburtalo” qarşılaşmasında müəyyənləşib. 3:1 hesabı ilə qalib gələn sonuncular kuboka sahib olub.