[b]“Qəbələ”nin yerli və əcnəbisi sıraya döndü[/b]
27.11.2017 - 12:21
[b]“Qəbələ”nin yerli və əcnəbisi sıraya döndü[/b]

Ölkə çempionatının XIII turunda “Kəpəz”i məğlub edən (6:1) “Qəbələ”nin zədəli futbolçusu qalmayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın iki oyunçusu da sıraya dönüb.

 

Söhbət müdafiəçi Rasim Ramaldanov və yarımmüdafiəçi Endi Hallideydən gedir. Şotlandiyalı futbolçu bir neçə gündü ki, kollektivlə məşqlərdə iştirak etdiyi halda, Ramaldanov bu gündən etibarən hazırlıq prosesinə qatılıb.

 

Hər iki oyunçu ölkə kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la matça hazırdı.

 

Qeyd edək ki, “Qəbələ” – “Mil-Muğan” qarşılaşması noyabrın 29-da keçiriləcək.