[b]“Qəbələ”nin yubiley qələbəsi[/b]
31.03.2017 - 10:03
“Qəbələ” Azərbaycan kubokunda yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin “İnter”lə səfərdəki ilk oyununda əldə olunan 3:1 hesablı qələbə klub tarixinə bu yarışdakı 25-ci zəfər kimi düşüb.
Belə ki, bunadək “qırmızı-qaralar” 24 kubok matçında qalib gəlmişdi. Bu,
“İnter Arena”dakı matçda qeydə alınıb.
25-ci qələbə kubokdakı 51-ci qarşılaşmada gerçəkləşib. Bundan başqa isə “Qəbələ” kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 81 dəfə yol tapan əyalət təmsilçisi 42 qol buraxıb.
0
0