[b]“Qəbələ”nin zədəlisi gələn həftə qayıdır[/b]
25.10.2017 - 11:36
[b]“Qəbələ”nin zədəlisi gələn həftə qayıdır[/b]

Azərbaycan Premyer Liqasının X turunda “Zirə”nin qonağı olacaq “Qəbələ” hazırlığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” məşqləri “Bakı”nın bazasında keçirlər.

 

“Qəbələ”nin hazırlıq prosesində 2 futbolçu iştirak etmir. Uzun müddətdi zədəli olan Filip Ozobiç və İlqar Qurbanov baş məşqçi Roman Qriqorçukun ixtiyarında deyil.

 

Ozobiç 3 həftədən sonra sıraya dönəcəyi halda, Qurbanov zədəsini daha tez sağaldacaq. Belə ki, təcrübəli müdafiəçinin gələn həftə kollektivlə məşqlərə qatılacağı bildirilir.

 

Qeyd edək ki, “Zirə” – “Qəbələ” qarşılaşması oktyabrın 28-də keçiriləcək.