Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparan “Borussiya” aparıcı futbolçusu Pyer-Emerik Obameyanqı itirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, qabonlu hücumçu ilə daha bir “top-komanda” maraqlanır.
“Barselona”, “Çelsi” və “Arsenal”dan sonra “Mançester Yunayted” də Obameyanqı heyətinə qatmaq arzusundadı. 26 yaşlı futbolçu ilə danışığa başlayan “mankunianlar” “Borussiya”ya rəsmi təkliflə artıq müraciət ediblər.
“Qəbələ”yə Bakıdakı oyunda 3, Dortmundda isə 1 qol vurmuş Obameyanqın hansı klubu seçəcəyi maraqla gözlənilir.
“Borussiya” rəhbərliyi cari mövsümdə 22 qol vuran futbolçunu baha qiymətə satmağı planlaşdırır. Odu ki, almanlar danışıqlarda asanlıqla razılığa gəlmək fikrində deyillər.
Qeyd edək ki, 2013-cü ildən “Borussiya”nın formasını geyinən Obameyanq bu klubun heyətində ümumilikdə 117 oyunda 66 qola imza atıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı