[b]“Qəbələ”yə Ukraynadan xoş xəbər[/b] - FOTO
16.02.2016 - 11:58
[b]“Qəbələ”yə Ukraynadan xoş xəbər[/b] - FOTO

“Qəbələ” qış fasiləsində heyətinə qatdığı Pavel Paşayevlə bağlı problemi həll edib. Apasport.az saytının məlumatına görə, Zaporojye “Metallurq”undan ayrılaraq “qırmızı-qaralar”la anlaşan 27 yaşlı futbolçunun sənədləri gəlib.

 

Millimizin üzvü çoxdandı yeni komandasının düşərgəsində olmasına baxmayaraq, transfer vərəqəsi gəlmədiyi üçün keçid rəsmiləşmirdi. Lakin Ukrayna Futbol Federasiyası oyunçunun vərəqəsini “Qəbələ”yə göndərib. Yaxın günlərdə Paşayevin yeni klubu ilə 4 aylıq müqaviləyə qol çəkməsi və adının iştirak ərizəsinə əlavə edilməsi gözlənilir.

 

Baş məşqçi Roman Qriqorçuk fevralın 21-də Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Rəvan”la keçiriləcək səfər matçında Pavelə debüt etmək şansı verə bilər.

 

Qeyd edək ki, Pavel Paşayev cari mövsümün ilk yarısında “Metallurq”un heyətində 8 oyun keçirib.