[b]“Qızıl cütlük”dən 44 gündə iki kubok[/b]
11.07.2016 - 09:31
[b]“Qızıl cütlük”dən 44 gündə iki kubok[/b]

Portuqaliya millisinin və İspaniyanın “Real” klubunun futbolçuları Kriştianu Ronaldo və Pepe 44 gündə 2-ci dəfə qitə miqyaslı turnirin finalında kuboka sahib olub. Apasport.az saytının məlumatına görə, “Qızıl cütlük” mayın 28-də klubun heyətində Çempionlar Liqasının qalibi olmuşdusa, dünən yığma ilə Avropa çempionu tituluna yiyələnib.

 

Ronaldo-Pepe cütlüyü eyni ildə Çempionlar Liqası və Avropa çempionatının finalında meydana çıxıb, qələbə qazanan futbolçuların sayını 9-a çatdırıb.

 

Belə ki, AÇ-nin 56 illik tarixində bunadək yalnız 7 futbolçu eyni ildə “Qızıl dubl” müəllifi olmuşdu. 1964-cü ildə Luis Suares İtaliya “İnter”i ilə ÇL, İspaniya millisi ilə AÇ-ni qazanmaqla ilkə imza atımışdı. 24 ildən sonra Hollandiya yığması və PSV-nin “dördlüy”ü – Ronald Kuman, Berri van Arle, Hans van Brekelen, Harald Vanenburq iki finalda qələbə sevinci yaşayıb.

 

Portuqaliyalılara qədər eyni uğura imza atan sonuncu oyunçular ispaniyalılar olub. 2012-ci ildə Xuan Mata ilə Fernando Torres “Çelsi” ilə ÇL, milli ilə AÇ-nin finalında qələbə qazanıb.

 

Düzdü, daha 3 futbolçu eyni ildə bu iki turnirin qalibi ola bilib. Amma onlara hər iki finalda meydana çıxmaq nəsib olmayıb. 1988-ci ildə Vim Kift (Hollandiya yığması və PSV), 2000-ci ildə Nikola Anelka və Kristian Karambö (Fransa yığması və “Real”) həm klub, həm yığmada qitənin ən yaxşısı olub. Sonuncu hər iki, digər ikisi isə yığmadakı finalı ehtiyat oyunçular skamyasından izləyib.

0