[b]“Qızıl top”un sahibi kim olacaq?[/b]
12.01.2015 - 01:08
[b]“Qızıl top”un sahibi kim olacaq?[/b]

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin ən yaxşı futbolçusu adına 3 namizəd var.

 

İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə “Qızıl top” ya 4 dəfə (2009, 2010, 2011, 2012) bu mükafata sahib olan Argentina millisinin üzvü və “Barselona”nın hücumçusu Lionel Messiyə, ya 2 dəfə (2008, 2013) sözügedən ada layiq görülən portuqaliyalı və “Real”ın forvardı Kriştianu Ronaldoya və ya da Almaniya yığmasının heyətində dünya çempionu olan və “Bavariya”nın qapıçısı Manuel Noyerə veriləcək.  

 

Bundan başqa, mərasimdə ilin “11-liy”i, ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu, həm kişi, həm də qadın futbolunun ən yaxşı baş məşqçisi, “Fair Play” və ən yaxşı təşkilatçılıq mükafatları sahiblərinə qovuşacaq.

 

Namizədlər:

 

İlin ən yaxşı kişi futbolçusu: Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Manuel Noyer (Almaniya, “Bavariya”)

 

İlin ən yaxşı qadın futbolçusu: Nadin Kessler (Almaniya, “Volfsburq”), Marta (Braziliya, “Rosenqard”), Ebbi Vambax (ABŞ, “Vestern Nyu-York Flaş”)

 

Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Karlo Ancelotti (“Real”, İtaliya), Dieqo Simeone (Argentina, “Atletiko”), Yoahim Löv (Almaniya millisi)

 

Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq”), Maren Meynert (Almaniya U-19 və U-20 millisi), Norio Sasaki (Yaponiya millisi)

 

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Stefani Roş (İrlandiya millisinin qadın futbolçusu, “Pimaunt Yunayted"), Xames Rodriqes (Kolumbiya, Madrid “Real”ı), Robin van Persi (Hollandiya, “Mançester Yunayted”)

 

İlin ən yaxşı “11-liy”i:

 

Qapıçılar: Manuel Noyer (Almaniya, “Bavariya”), Klaudio Bravo (Çili, “Barselona”), Tibo Kurtua (Belçika, “Atletiko”/”Çelsi”), İker Kasilyas (İspaniya, “Real), Canluici Buffon (İtaliya, “Yuventus”)

 

Müdafiəçilər: David Alaba (Avstriya, "Bavariya"), Xordi Alba (İspaniya, "Barselona"), Jerom Boatenq (Almaniya, "Bavariya"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), David Luis (Braziliya, PSJ), Dani Alves (Braziliya, "Barselona"), Rafael Varan (Fransa, "Real"), Branislav İvanoviç (Serbiya, "Çelsi"), Daniel Karvaxal (İspaniya, "Real"), Vensan Kompani (Belçika, "Mançester Siti"), Filipp Lam (Almaniya, "Bavariya"), Marselo (Braziliya, "Real"), Xavyer Maskerano (Argentina, "Barselona"), Pepe (Portuqaliya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Pablo Sabaleta (Argentina, "Mançester Siti"), Tyaqu Silva (Braziliya, PSJ), Filipe Luis (Braziliya, "Çelsi"), Mats Hummels (Almaniya, "Borussiya" D)

 

Yarımmüdafiəçilər: Anhel di Mariya (“Real”, “Mançester Yuanyted), Xabi Alonso (“Real”, “Bavariya”), Sesk Fabreqas (“Barselona”, “Çelsi”), Eden Azar (“Çelsi”), Xavi (“Barselona”), Andreas İnyesta (“Barselona”), Toni Kroos (“Bavariya”, “Real”), Luka Modriç (“Real”), Mesut Özil (“Arsenal”), Andrea Pirlo (“Yuventus”), Pol Poqba (“Yuventus”), Hames Rodriges (“Monako”, “Real”), Bastian Şvaynştayger (“Bavariya”), Arturo Vidal (“Yuventus”) və Yaya Turedi (“Mançester Siti”)

 

Hücumçular: Serxio Aquero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Robert Levandovski (Polşa, "Bavariya"), Lionel Messi (Argentina, "Barselona"), Tomas Müller (Almaniya, "Bavariya"), Neymar (Braziliya, "Barselona"), Marko Roys (Almaniya, "Borussiya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Frank Riberi (Fransa, "Bavariya"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Luis Suares (Uruqvay, "Barselona")