“Premyer Liqa ilə yanaşı, Avropa Liqasında da istəyimizə çatmaq istəyirik”. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Tottenhem” klubunun müdafiəçisi Yan Vertongen deyib.
London klubunun belçikalı müdafiəçisi komandasının Avroliqadakı çıxışını dəyərləndirib. O bildirib ki, “Qarabağ”la Bakıdakı görüşə qədər qrupdan çıxmaq missiyasını həll etməlidilər: “İlin son aylarında çempionatda mübarizə daha da gərginləşəcək. Sıx qrafikdə oynayacağıq. Odu ki, Avroliqada qrupdan çıxmaq tapşırığını vaxtından əvvəl həll etməliyik. “Vest Hem”lə qarşılaşdıqdan sonra Azərbaycana yollanmalıyıq. “Qarabağ”la matçdan sonra isə “Çelsi” ilə London derbisinə çıxacağıq. İşimiz çətin olacaq. Buna görə də, qrupdan çıxmaq tapşırığını “Qarabağ”la oyuna kimi həll etməliyik. Bunu bacarsaq, “Çelsi” ilə oyunöncəsi futbolçular dincəlmək imkanı qazanacaqlar”.
Qeyd edək ki, “Qarabağ”la noyabrın 26-da qarşılaşacaq “Tottenhem” Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində bu gün “Anderlext”in qonağı olacaq.