[b]“Qrupun ən güclüsü Azərbaycandı” - Samir Uykani[/b]
24.01.2018 - 17:58
“Qrupumuzun ən güclü və yaxşı komandası Azərbaycandı”. Apasport.az saytının məlumatına görə, bunu Kosovo millisinin futbolçusu Samir Uykani deyib.
Komandasının kapitanı Millətlər Liqasının püşkatmasını dəyərləndirib. O bildirib ki, qrupdakı rəqiblərdən Malta və Farer adaları ilə müqayisədə Azərbaycan daha güclüdü: “Biz uğura imza atsaq, gözlənilməz olacaq. Hər oyuna köklənməliyik. Qrupdakı bütün qarşılaşmalarda maksimum gücümüzü qoymalıyıq. Çünki bu bizim üçün yaxşı şansdı. Çoxlu təcrübə toplayacağıq. Komandamızın perspektivi var. Uğurlu nəticəyə imza ata biləcəyimizi düşünürəm”.
0
0