“Bavariya”nın Bundesliqanın son turundakı qələbəsi Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın növbəti dəfə diqqət mərkəzinə düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, almaniyalı həmkarlarımız dünyanın ən yaxşı məşqçilərindən biri olan ispaniyalının sirrini açmağa çalışıb.
İddia edilir ki, Qvardiolanın ən böyük üstünlüyü bütün dünya futbolunu izləməsi, dərindən öyrənməsidi: “O, bəzi həmkarları kimi dünya futbolunu daim diqqətdə saxlayır. Qvardiolanın Çin futbolundakı taktiki tendensiyaları bilməsi, islandiyalı rəqiblərin özünü meydanda necə aparması, Azərbaycan çempionatının lideri “Qarabağ”ın sol cinah oyunçularını tanıması təəccüblü olmaz. Bazar günləri onun futbol bilikləri daha da zənginləşdirir. O, Pekində, Bakıda keçirilən görüşləri də izləyir”.
Alman mətbuatı Qvardiolanın qeyri-adi, gözlənilməz açıqlamalarını önə çəkərək, bu qənaətə gəlib ki, ispaniyalının izləmədiyi çempionat yoxdu. Həmkarlarımız onun “İnqolştadt”ı dünyanın ən yaxşı pressinq tətbiq edən komandası adlandırmasını da unutmayıblar.
“Auqsburq”la qarşılaşmadan sonra müdafiə xəttindən narazı olan Qvardiola komandasının arxa xəttini sərt tənqid edib. O, “bütün dünya komandaları bizdən güclüdü” deməkdən də çəkinməyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”