[b]“Real” – “Bavariya” matçının hakimləri açıqlandı[/b]
29.04.2018 - 13:52
[b]“Real” – “Bavariya” matçının hakimləri açıqlandı[/b]

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bir oyununun hakim təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu cavab matçları çərçivəsində keçiriləcək “Real” – “Bavariya” görüşününün hakimlər briqadasını açıqlayıb.

 

Mayın 1-də “Santyaqo Bernabeu”da baş tutacaq görüş türkiyəli Cüneyt Çakıra tapşırılıb. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçeklə Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.

 

Qeyd edək ki, bu komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Real” 2:1 hesablı qələbə qazanıb.

0