Son 20 rəsmi matçın hamısında qələbə qazanan “Real” yenə ulduz futbolçu transferinə hazırlaşır. Apasport.az-ın məlumatına görə, Kriştianu Ronaldonun kölgəsində qalan Qaret Beyli “Mançester Yunayted”ə satmağı düşünən “kral klubu” əvəzində “Çelsi”nin üzvü Eden Azardı almaq niyyətindədi.
“Mançester Yunayted” artıq neçə aydı ki, Beyldən əl çəkmir və “Real”a astronomik məbləğlər təklif edir. İspan klubunun baş məşqçisi Karlo Ançelotti də gözlənilən oyunu tam sərgiləyə bilməyən uelslinin gedişinə etiraz etmir. Bir şərtlə ki, Azard transfer edilsin. “Real” rəhbərliyi də dərhal “Çelsi” ilə danışıqlara başlayıb. Bu keçid baş tutarsa, “Real” növbəti dəfə transfer rekordunu qıra bilər.
Qeyd edək ki, Eden Azard 2012-ci ildən “Çelsi”nin şərəfini qoruyur.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı